Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktik konfransında iştirak etmişdir.

03.12.2018
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktik konfransında iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Konfransı giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2018-ci il ərzində universitetdə “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda keçirilən respublika elmi-praktiki konfransının əhəmiyyətini vurğuladı, rektor eyni zamanda respublikanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrindən, o cümlədən müxtəlif komitələrin nəzdində fəaliyyət göstərən elmi mərkəzlərdən 100-dən çox məqalə məruzə üçün təqdim edildiyini bildirib. Məqalələr akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə, eyni zamanda onun rəhbərliyi altında yaradılmış taxıl sortlarının ölkə üçün iqtisadi-statistik təhlillərinə həsr olunduğunu xüsusi vurğuladı.
Konfransın mövzusuna uyğun olaraq Ölkənin aidiyyatı orqanlarının (Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və s.) nümayəndələri iştirak edirdilər.
Bir gün davam edən tədbirdə Mərkəzin əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov iştirak etmişdir. Konfransın plenar iclası günün birinci yarısında tamamlandıqdan sonra konfrans öz işini bölmələrdə davam etdirmişdir.
Konfransda əməkdaşımız Təmraz Təmrazov “Respublika üzrə taxıl istehsalının əsas göstəricilərinin statistik qiymətləndirilməsi” mövzusunda çıxış etmişdir. Məruzəçi çıxışdan sonra konfrans nümayəndələrini və iştirakçılarını mövzu ilə bağlı maraqlandıran sualları əhatəli şəkildə cavablandırmışdır.